Şriftin ölçüsü :

Saytın rəngi :

Səhiyyə


Cəbrayıl rayon mərkəzi xəstəxanası


Azərbaycan Respublikası
Səhiyyə Nazirliyi
Cəbrayıl rayon mərkəzi xəstəxanası

İşğaldan əvvəl rayonda 1 Mərkəzi Rayon Xəstəxanası, 1 poliklinika, 1 uşaq xəstəxanası, 1 təcili tibbi yardım, 1 sanitar epidemioloji, 6 kənd sahə xəstəxanası, 11 kənd həkim məntəqəsi, 52 feldşer-mama məntəqəsi, 4 aptek və 1 vərəm dispanseri fəaliyyət göstərirdi.

Ərazilərimizin işğalından sonra isə Mərkəzi Rayon Xəstəxanasının 19 minə yaxın rayon əhalisinin kompakt məskunlaşdığı 4456 evdən ibarət 11 qəsəbədə 1 ədəd 50 çarpayılıq kənd sahə xəstəxanası, 6 feldşer-mama məntəqəsi, 4 həkim məntəqəsi, Saatlı rayonu Əlisoltanlı, Sabirabad rayonu Güdəcühür fin tipli qəsəbələrin hər birində 1 ədəd feldşer-mama məntəqəsi, 10-cu qəsəbədə isə Gigiyena və Epidemiologiya Mərkəzi fəaliyyət göstərir.

Mərkəzi Rayon Xəstəxanasının tabeliyində olan tibb müəssisələrində, Gigiyena və Epidemiologiya Mərkəzində hazırda 23 həkim, 66 nəfər orta tibb işçisi olmaqla cəmi 89 nəfər işçi çalışır.

 

MRX-nn əlaqə telefonları:

(050) 335-37-53 - Baş həkim Əhmədov Hüseyn Məcid oğlu


(050) 366-65-31 - Baş həkimin müavini Hüseynov Arif Əli oğlu


(050) 516-22-44 - Baş mühasib Nəbiyev Füzuli Mustafa oğlu


(050) 437-73-75 - Cərrahiyyə şöbəsi Səmədov Möhübbət Məhəmməd oğlu
 

 

 

Keçidlər