Home Contact Phone
background
  • Ünvan-: Azərbaycan Respublikası, Cəbrayıl (Biləsuvar) 4 saylı qəsəbə
  • Faks: (+994 026) 384 39 14
  • E-mail: mail@cabrail-ih.gov.az

Xəbərlər

  • Bu gün Azərbaycan ordusu dünyanın güclü ordu...

    Bu gün Azərbaycan ordusu dünyanın güclü orduları sırasındadır

    2020-06-29

    Bu gün müstəqil Azərbaycan inkişaf yolunda inamla irəliləyir, qazanılan nailiyyətlər dövlətimizin qüdrətini günü-gündən daha da artırır. Bu baxımdan, ölkədə ordu quruculuğu sahəsində əldə olunmuş uğurlar daha ürəkaçandır.

  • Dünyanın 130-dan çox dövləti Prezident İlham...

    Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəklədi

    2020-06-29

    Azərbaycan COVID-19-la mübarizədə səmərəli tədbirlər həyata keçirir, eyni zamanda, regional və qlobal miqyasda da bu istiqamətdə həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verir. İlk addım olaraq Azərbaycan Prezidenti, İlham Əliyevin sədrliyi və təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının, bunun davamı olaraq Hərəkatın Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşlərinin keçirilməsi yuxarıda deyilənləri bir daha sübut edir. Qeyd etmək lazımdır ki, bu tədbirlər ölkəmizin qlobal səviyyədə beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsinə əhəmiyyətli töhfəsidir. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilat idi ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşü keçirib.

  • 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvə...

    26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günüdür

    2020-06-25

    Bu il Silahlı Qüvvələrin yaranmasından 102 il ötür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Azərbaycanda ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa ordu biliciləri Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər.

  • Qərb inadkarcasına susur

    Qərb inadkarcasına susur

    2020-06-19

    Koronavirus pandemiyası başladığı ilk vaxtlardan hər bir ölkə bu bəlaya qarşı özünəməxsus formada mübarizə taktikası seçmişdir. Bir sıra dövlətlər ölkə iqtisadiyyatını, bəziləri isə insan amilini, onların sağlamlığının müdafiəsini əsas götürdü.

  • Taxıl sahələrinin 75 faizində biçin yekunlaş...

    Taxıl sahələrinin 75 faizində biçin yekunlaşıb

    2020-06-18

    Bu il Cəbrayıl rayonunda 1550 hektar buğda, 700 hektar arpa sahəsi olmaqla ümumilikdə 2250 hektar sahədə taxıl əkini aparılmışdır.

  • Bizə sağlamlıq bəxş edən həkimlərimiz fəx...

    Bizə sağlamlıq bəxş edən həkimlərimiz fəxrimiz və qürurumuzdur

    2020-06-17

    Xalqımız tarixən həkimlik sənətinə ən ülvi bir peşə, həkimə müqəddəs bir şəxs kimi baxmışdır. Xalqın müqəddəs saydığı, inanıb etibar etdiyi həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətlidir.

  • İşıqlı gələcəyimizə doğru atılan uğurlu...

    İşıqlı gələcəyimizə doğru atılan uğurlu addımlar

    2020-06-17

    24 saat növbəli iş prinsipi ilə fəaliyyət göstərən və bir saniyə də olsun elektrik enerjisinin istehsalını, o cümlədən ötürülməsini dayandırmayan “Azərenerji” ASC tabeliyindəki müəssisələrdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirməklə yanaşı, istehlakçıların dayanılqlı və keyfiyyətli enerji təminatı üçün bütün lazımi addımları atır.

  • Qurtuluşdan yaranan əbədi müstəqillik

    Qurtuluşdan yaranan əbədi müstəqillik

    2020-06-16

    XX əsr Azərbaycan xalqının tarixində xüsusi bir mərhələ təşkil edir. Bu əsrdə Azərbaycan xalqı iki dəfə - 1918-ci il mayın 28-də və 1991-ci il oktyabrın 18-də imperiya əsarətinə qarşı mübarizə nəticəsində milli azadlığına, dövlət müstəqilliyinə nail olub.

  • 15 İYUN - MİLLİ QURTULUŞ GÜNÜDÜR

    15 İYUN - MİLLİ QURTULUŞ GÜNÜDÜR

    2020-06-13

    Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür.

  • Qayda, qanun hamı üçündür, hamı ona tabe olm...

    Qayda, qanun hamı üçündür, hamı ona tabe olmalıdır

    2020-06-12

    Operativ Qərargah tərəfindən ölkədə karantin rejimi yenidən və iyulun 1-dək uzadıldı, eyni zamanda, daha 9 şəhər və rayonda bazar günü və bazar ertəsi sərt karantin rejimi tətbiqedildi. İnfeksiyaya yoluxma və ölüm hallarının əvvəlki günlər və aylarla müqayisədə artması belə bir addlma gedilməsini vacib və zəruri edirdi.

  • 12 İyun Dünya Uşaq Əməyindən İstifadəyə Q...

    12 İyun Dünya Uşaq Əməyindən İstifadəyə Qarşı Mübarizə Günüdür

    2020-06-12

    Tarix boyu dünyanın bütün ölkələrində uşaq əməyindən müxtəlif məqsədlər üçün istifadə edilmişdir.

  • TAXIL YIĞIMI ZAMANI YANĞIN TƏHLÜKƏSİZLİYİ ...

    TAXIL YIĞIMI ZAMANI YANĞIN TƏHLÜKƏSİZLİYİ TƏDBİRLƏRİ

    2020-06-12

    Bu gün taxıl tədarükü iqtisadiyyatımızda gündəmdə olan prioritet sahələrdəndir. Təsadüfi deyildir ki, son dövrlər taxıl tədarükünün artırılması, əhalinin ərzaq təminatı ilə bağlı dövlət başçımız, hökumət tərəfindən mühüm qərarlar qəbul edilmişdir. Taxıl tədarükü ilə bağlı qarşıya qoyulan vəzifələrin həllində bu strateji əhəmiyyətli məhsulun yanğın təhlükəsizliyi də daima diqqət mərkəzində olmalı, yanğın təhlükəsizliyi ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilməlidir.

  • Məqsəd əhalinin sağlamlığını qorumaqdır

    Məqsəd əhalinin sağlamlığını qorumaqdır

    2020-06-11

    Sağlamlıq insan həyatının mühüm amili hesab edilir. Ona görə də insan sağlamlığını həm də cəmiyyətin sərvəti və dövlətin gələcəyinin təminatı kimi qiymətləndirmək olar. Yalnız sağlam olan insanlar xalqının, millətinin, dövlətinin xeyrinə fəaliyyət göstərmək, qərar qəbul etmək üçün özlərinin yaradıcı imkanlarından tam istifadə edə bilərlər.

  • Cənab Prezident Tərtər səfəri ilə düşmən ...

    Cənab Prezident Tərtər səfəri ilə düşmən ölkəyə yeni bir mesaj verdi

    2020-06-11

    Ölkə Prezidenti Tərtərdə idman kompleksinin açılışındakı çıxışı ilə Ermənistan dövlətinin terrorçu mahiyyəti, irticaçı-təcavüzkar siyasəti və Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın güclü mövqeyi barədə ictimaiyyətə və dünya auditoriyasına yeni maraqlı mesajlar verdi.

  • Heç bir qüvvə Azərbaycanı öz yolundan dönd...

    Heç bir qüvvə Azərbaycanı öz yolundan döndərə bilməz

    2020-06-08

    Prezident İlham Əliyev 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında çıxışı zamanı Qondarma Dağlıq Qarabağ xunta rejimində 31 martda keçirilən prezident və parlament, 14 apreldə keçirilən prezident (2-ci tur) seçkiləri ilə bağlı proqram xarakterli olduqca vacib məqamlara toxunaraq qeyd edib ki, qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkiləri bir şou və təlxəklər tamaşasıdır. Dünyanın heç bir dövləti illərdir keçirilən “məzhəkə oyununun” nəticələrini tanımayıb.

  • Cəbrayıllılar qanvermə aksiyasına qoşuldular

    Cəbrayıllılar qanvermə aksiyasına qoşuldular

    2020-06-05

    Azərbaycan Respublkasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə koronovirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə Respublikanın bütün bölgələrinin səhiyyə ocaqlarında talassemiyalı və hemofiliyalı xəstələrini qan və onun komponentləri ilə təmin etmək məqsədi ilə qanvermə aksiyaları həyata keçirilir.

  • Ölkə Prezidentinin Tərtər rayonuna səfəri za...

    Ölkə Prezidentinin Tərtər rayonuna səfəri zamanı tibbi maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır

    2020-06-04

    Hər kəsə yaxşı məlumdur ki, dünya ölkələri arasında sürətlə yayılmaqda davam edən koronavirus (COVID-19) infeksiyası Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunub. Bunu nəzərə alaraq virusun yayılmasının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Ölkə başçısı İlham Əliyevin birbaşa rəhbərliyi altında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələrinə uyğun olaraq ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində zəruri işlər görülür.

  • Rayonun məktəbləri buraxılış imtahanlarına ...

    Rayonun məktəbləri buraxılış imtahanlarına hazırlaşır

    2020-06-03

    Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə görülən işlər, xüsusi karantin rejimi müddətinin daha da uzadılması, o cümlədən, təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin fəaliyyət istiqamətlərinə uyğun həyata keçirilən tədbirlərdə müəyyən dəyişikliklərin edilməsini zəruri etmişdir.

  • 28 May - Respublika günüdür!

    28 May - Respublika günüdür!

    2020-05-27

    Xalqımızın şanlı tarixinə daxil olan 28 may 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günüdür. Bu gün bu tarixdən 102 il keçir. Hər il Azərbaycan xalqı bu günü böyük sevinc hissi ilə əlamətdar hadisə kimi qeyd edir.

  • Zəruri və təxirəsalınmaz tədbirlərin müsb...

    Zəruri və təxirəsalınmaz tədbirlərin müsbət nəticələri

    2020-05-24

    Azərbaycanda 2019-cu ilin əvvəlindən start verilən genişmiqyaslı islahat proqramı ölkəmizdə fəaliyyət göstərən bütün sektorları əhatə edir. Bu gün hər bir Azərbaycan vətəndaşı öz işlədiyi sahədə müsbətə doğru ciddi dəyişikliklərin, maliyyə şəffaflığının, əhəmiyyətli maaş artımlarının, kadr islahatlarının təsirini hiss edir.

  • “Kölgə” iqtisadiyyatına son qoyulmalı

    “Kölgə” iqtisadiyyatına son qoyulmalı

    2020-05-23

    Ölkə Prezidenti cənab İlham Əliyevin ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsi, idarəetmə strukturunun yenilənməsi sahəsində apardığı əsaslı islahatlar özünün müsbət nəticələrini verməkdədir. Ölkənin əmək bazarında neçə illərdir ki, qeyri-formal məşğulluq problemi müşahidə edilməkdədir. Bəzi iş adamları sosial sığortadan yayınmaq məqsədilə işçilərlə əmək müqaviləsi bağlamır və nəticədə qeyri-leqal əmək bazarı formalaşır.

  • Şəffaf fəaliyyət iqtisadi inkişafın vacib am...

    Şəffaf fəaliyyət iqtisadi inkişafın vacib amalı olmalıdır

    2020-05-21

    Azərbaycan dövlətinin vətəndaşının sağlamlığının qorunması istiqamətində həm qabaqlayıcı sosial izolyasiya tədbirləri, həm də pandemiyanın zərərlərindən az itki ilə çıxması istiqamətində həyata keçirdiyi çoxşaxəli Tədbirlər Planı dünya üçün nümunəvi model və təcrübəyə çevrilib.

  • Könüllülük fəaliyyəti mənim üçün uğurlu...

    Könüllülük fəaliyyəti mənim üçün uğurlu bir addım oldu

    2020-05-20

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkənin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib. Təqdirəlayiq haldır ki, ölkəmizdə “Könüllülər ili” çərçivəsində geniş Tədbirlər Planı hazırlanıb həyat keçirilir.

  • Qanun qarşısında hamı bərabərdir

    Qanun qarşısında hamı bərabərdir

    2020-05-18

    Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, atılan addımlar Azərbaycan xalqı tərəfindən müsbət qarşılanır, yüksək qiymətləndirilir. Sadə vətəndaşlar ölkə başçısının ətrafında sıx birləşərək, Prezident İlham Əliyevin çağırışlarına dəstək olur, təşəbbüslərinə qoşulur, həmrəylik nümayiş etdirirlər.

  • Rayon Könüllüləri dəstək aksiyasına qoşulu...

    Rayon Könüllüləri dəstək aksiyasına qoşulublar

    2020-05-18

    Ölkəmizin koronavirus bəlasından az itki ilə çıxması yolunda qazandığımız uğurların əsas səbəbi dövlət başçımızın insan amilinə verdiyi yüksək dəyərdir. Koronavirusun tüğyan etməsi vahimə yaratsa da, əslində, insanların bir-birinə nə qədər gərəkli olmasını da bir o qədər ortaya qoydu.