Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq bağçalarında yeni il şənliyi

29 dekabr 2021 | 16:00

    Bu günlərdə Cəbrayıl rayonunda fəaliyyət göstərən uşaq bağçalarında  “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” bayram şənlikləri qeyd olunur. Bir-birindən rəngarəng çıxışlar, səhnəciklər bayram şənliyinə əsl bayram əhval-ruhiyyəsi qatır. Tədbirdə körpə fidanların dilindən söylənilən Vətənə, xalqa, anaya, məktəbə, bağçaya, şəhidlərə, yeni ilə həsr olunmuş şeirlər alqışlarla qarşılanır. Şənlikdə Şaxta baba, Qar qız və kulonların şənliyə qatılması uşaqların böyük sevincinə səbəb olub. 2021-ci ili uğurla yola salan körpə fidanlar 2022-ci ili sevinclə qarşılayırlar.
    28 dekabr 2021-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, 8 və 10 saylı uşaq bağçalarındakı şənlikdə iştirak edərək “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il bayramı” münasibəti ilə uşaqlara və bağçanın kollektivinə ən xoş təbriklərini çatdırıb.

Keçidlər