Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Elxan Hüseynovun anım günü keçirildi

13 dekabr 2021 | 16:00
13 dekabr 2021-ci il tarixdə 6 saylı  Cəbrayıl qəsəbəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçısı, Şəhid Hüseynov Elxan Maarif oğlunun ildönümü münasibəti ilə anım günü keçirildi.
Tədbirdə Cəbrayıl rayon İcra  Hakimiyyətinin başçısı Kamal Həsənov,  aparatın məsul əməkdaşları, hüquq-mühafizə orqanları, Şəhidin döyüş yoldaşları, müharibə əlilləri, veteranlar, şəhid ailələri, təhsil aldığı X.Rüstəmov adına Y.Mərcanlı kənd tam orta məktəbinin müəllim və şagird kollektivi, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzmüş, ruhunu böyük ehtiramla yad etmişlər. Abidə kompleksinin açılışı ilə davam edən tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Açılış mərasimində rayon İcra  Hakimiyyətinin  başçısı Kamal Həsənov və digərləri çıxış edərək şəhidin keçdiyi döyüş yolundan söhbət açmışlar. Çıxış edənlər bizlərə böyük tarixi Qələbəni bəxş edən şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, onların qəlblərdə əbədi yaşayacaqlarını dilə gətirib, ailə üzvlərinə səbir diləyərək belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlıqlarını bildirmişlər.
Şəhidin anası Sevil Xəlilova övladının qəhrəmanlığı ilə fəxr etdiyini, şəhid  ailələrinə  göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, rayon İcra Hakimiyyətinə öz dərin minnətdarlığını bildirmişdir.
Sonda X.Rüstəmov adına Y.Mərcanlı kənd tam orta məktəbinin şagirdlərinin ifasında şəhid Elxan Hüseynova həsr olunmuş kompozisiya səslənmişdir. Tədbir şəhidin yaşadığı evdə yas mərasimi ilə davam etdirilmişdir.
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər