Şriftin ölçüsü :

Saytın rəngi :

44 günlük Vətən müharibəsinə həsr olunmuş "Zəfər yolu" adlı intellektual yarış keçirilib

19 noyabr 2021 | 16:00

18 noyabr 2021-ci il tarixdə Cəbrayıl qəsəbələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında mövcud pandemiya qaydalarına uyğun olaraq 44 günlük Vətən müharibəsinə həsr edilmiş "Zəfər yolu" adlı intellektual yarış keçirilib. Yarışın keçirilməsində məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin,  Azərbaycan tarixinin, ordu quruculuğunun təbliği, eləcə də gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, intellektual səviyyəsini, dünya görüşünü və zehni inkişafını stimullaşdırmaqdır.
    Tədbirdə Milli Məclisin Deputatı Ceyhun Məmmədov, Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının müavini Tapdıq Nəsirov, rayon Təhsil şöbəsinin müdiri Zamiq Qurbanov iştirak ediblər. Tədbir Azərbaycan  Dövlət Himninin oxunması və torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Açılışda çıxış edən Milli Məclisin Deputatı Ceyhun Məmmədov  bu kimi yarışların önəmli olduğunu, gənclərimizə dövlətimizin gələcək həyatında daha aktiv iştirak etməyi və bunun üçün də sağlam, vətənpərvər və təhsilli olmağın vacibliyini vurğulayıb.
    Yarışda yuxarı sinif şagirdləri və könüllülərdən  ibarət hər birində 6 nəfər olmaqla    12 komanda, ümumilikdə isə 72 nəfər iştirakçı öz bilik və bacarıqlarını sınayıb.
    Gərgin və maraqlı bilik mübarizəsi şəraitdə keçən yarışda birinci yerə X.Rüstəmov adına Y.Mərcanlı kənd tam orta məktəbinin “Xudafərin” komandası, ikinci yerə İ.Quliyev adına B.Mərcanlı kənd tam orta məktəbinin “4 oktyabr” komandası,  üçüncü yerə  15 saylı tam orta məktəbin “Qarabağ” komandası layiq görülmüşdür.
Sonda yarışın qaliblərinə Fəxri Fərman və hədiyyələr təqdim edilmişdir.


 

Keçidlər