Şriftin ölçüsü :

Saytın rəngi :

06 fevral 2013-cü il tarixdə 2012-ci ilin yekunu və 2013-cü ildə qarşıda duran vəzifələrə dair Cəbrayıl rayon İcra hakimiyyətinin başçısı Mahmud Quliyevin hesabat yığıncağı keçirilmişdir

07 fevral 2013 | 16:00

2013-cü il fevral ayının 6-da Biləsuvar rayonu ərazisindəki 4 saylı qəsəbə klubunda Cəbrayıl rayon İcra hakimiyyəti başçısının 2012-ci ilin yekunları və 2013-cü ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir. Tədbir əvvəlcə 4 saylı qəsəbədə salınmış Parkda Ulu Öndər Heydər Əliyevin büstü önünə gül – çiçək dəstələri qoyulması ilə başlamış, sonra isə 4 saylı qəsəbə klubunda davam etmişdir.
Yığıncaqda rayondan seçilmiş Milli Məclisin deputatı Astan Şahverdiyev, Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi Rövşən Ağayev və rayon ictimaiyyətinin müxtəlif təbəqələrini təmsil edən cəmi 312 nəfər iştirak etmişdir.
Hesabat yığıncağında məruzə ilə çıxış edən Cəbrayıl rayon İHB Mahmud Quliyev bildirdi ki, ötən il ərzində rayon üzrə 2011-ci ilə nisbətən 16626.2 min manat və ya 2.6 dəfə çox və ümumilikdə 26 milyon 647.2 min manatlıq ümumi daxili məhsul istehsal edilmiş, xidmət ərazimiz olan Biləsuvar rayonu ərazisində 2003-cü ildə salınmış 2598 mənzildən ibarət 6 qəsəbədə məskunlaşmış hər bir ailənin həyətinə içməli su xətti çəkilmiş, 6 qəsəbənin daxili ara yolları qumlanmış, həmin qəsəbələrdəki 6 məktəbdə və 6 uşaq bağçasında günəş enerjisi ilə işləyən istilik sisteminin quraşdırılmasına başlanmış, torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə həlak olmuş 392 Cəbrayıllı şəhidin xatirəsini əbədiləşdirmək üçün 3 – 4 saylı qəsəbə arasında “Şəhidlər Abidə Kompleksi” tikilmiş, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu xətti ilə 14.12.2012-ci il tarixdə 4 saylı qəsəbədə kredit yarmarkası keçirilmiş və il ərzində 318 nəfərə 606 min.m qısamüddətli, 75 nəfərə 377 min.m uzunmüddətli güzəştli kredit verilmiş, 373 ailədə birləşmiş 1626 nəfərə ünvanlı sosial yardım təyin edilmiş, ümumilikdə 1665 nəfər o, cümlədən 2012-ci ildə 352 nəfər rayon sakini daimi işlə təmin olunmuşdur.
2012-ci ildə rayon məktəblərini bitirən məzunlardan qəbul üçün sənəd vermiş 293 nəfər məzundan 168-i və ya 53.9 faizi ali məktəblərə, 68 nəfər isə orta ixtisas məktəblərinə qəbul olmuş, ümumi qəbul 70.6 faiz təşkil etmişdir.
2012-ci il ərzində rayon İHB tərəfindən əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrində ümumilikdə 109 səyyar görüş-qəbul keçirilmiş, görüşlərdə 5 min nəfər iştirak etmiş, 560 təklif irəli sürülmüş, ondan 328-i müsbət həll edilmişdir.
Son beş ildə icra hakimiyyətinin aparatında dövlət qulluqçularının orta yaş həddi 48,6-dan 44-ə enmiş, 30 yaşadək gənclərin sayı 13.5%, qadınlar 16.2%, ərazi nümayəndəliklərdə orta yaş həddi 2009-cu ildəkindən 11 yaş azalaraq 38.5 yaşa enmiş, ondan 15 nəfəri və ya 21%-i 30 yaşa kimi gənclər, 9 nəfəri və ya 13%-i qadınlardır.
Məruzə ətrafında çıxış edənlər hesabata müsbət münasibət bildirməklə yanaşı çatışmazlıqlar və həlli vacib problemlər barədə də danışmış, 2007-ci ildə salınmış 1856 evdən ibarət 5 qəsəbədə daxili yolların qumlanması, 3 saylı qəsəbədə fəaliyyət göstərən 50 çarpayılıq sahə xəstəxanasının zirzəmisinin qrunt sularından təmizlənməsi, Sabirabad rayonu ərazisindəki Güdəcühür və Şəhriyar fin evi qəsəbəsində məskunlaşmış köçkün ailələrinə tikiləcək yeni qəsəbə üçün ayrılmış torpaq sahəsinin dəyişdirilməsi və qəsəbə tikilməsinin tezləşdirilməsi, qəsəbələrdə şəxsi təsərrüfatlarda olan mal-qaranın İran sərhədindəki örüş-otlaq sahəsinə buraxılmasına icazə verilməsi, 6 qəsəbədə təmirinə ciddi ehtiyac olan 70 evin təmirinə köməklik göstərilməsi, Suraxanı rayonu 3-cü mədən ərazisində yerləşən rayonun Hovuslu kənd tam orta məktəbin yenidən qurulması, Abşeron rayonu Mexkalon yaşayış massivində fəaliyyət göstərən rayonun Çullu kənd tam orta məktəbində istilik sisteminin quraşdırılması, M.Mehdizadə adına tam orta məktəbini yeni salınmış Müşfiq qəsəbəsinə köçürülməsinə köməklik edilməsi barədə təkliflər irəli sürmüşlər.
Yığıncaqda Milli Məclisin deputat Astan Şahverdiyev və Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi Rövşən Ağayev çıxış etmişdir.

 

Keçidlər