Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun məktəbləri buraxılış imtahanlarına hazırlaşır

03 iyun 2020 | 16:00

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə görülən işlər, xüsusi karantin rejimi müddətinin daha da uzadılması, o cümlədən, təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin fəaliyyət istiqamətlərinə uyğun həyata keçirilən tədbirlərdə müəyyən dəyişikliklərin edilməsini zəruri etmişdir.
    Yaranmış vəziyyətlə əlaqədar buraxılış və qəbul imtahanları qaydalarında müəyyən dəyişikliklər olunmuşdur.
   Belə ki, 2020-ci ildə keçiriləcək imtahanlar yeni sanitar-gigiyenik qaydaları əsasında aparılacaqdır. İmtahan zallarında 15 nəfərdən çox olmamaq şərti ilə hər masa arxasında 1 şagird (abituriyent) əyləşməsi müəyyən edilmişdir.Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından asılı olaraq imtahanların bölgələr üzrə keçirilməsi nəzərdə tutulur. Həmçinin, buraxılış imtahanlarının iyun ayı ərzində keçirilməsi planlaşdırılır.
   Cəbrayıllı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Biləsuvar rayonu ərazisində salınmış 1-11 saylı qəsəbələrdə də Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına, Dövlət İmtahan Mərkəzinin tələb və tövsiyələrinə birmənalı şəkildə əməl olunur, məktəblərdə imtahanların yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaradılır.
   02 iyun 2020-ci il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov adiyyəti məsul şəxslərlə birgə imtahan keçirilməsi nəzərdə tutulan Biləsuvar rayonu ərazisində Cəbrayıllı məcburi köçkünlər üçün salınmış 7 və 8 saylı qəsəbələrdə fəaliyyət göstərən Cəbrayıl rayon İ.Tahirov adına Mehdili kənd və 14 saylı tam orta məktəblərdə mövcud vəziyyətlə yerində tanış olmuş, sanitar qovşaqların təmiri vəziyyəti, dezinfeksiya tədbirlərinin görülməsi və gigiyena qaydalarına əməl olunması ilə bağlı müvafiq tapşırıq və tövsiyyələrini vermişdir.

 

Keçidlər