Şriftin ölçüsü :

Saytın rəngi :

“2 fevral - Gənclər Günü” ilə əlaqədar bayram tədbiri keçirilmişdir

05 fevral 2020 | 16:00
    30 yanvar 2020-ci il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman idarəsinin, rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Gənclər Günü” ilə əlaqədar  Biləsuvar rayonu ərazisində Cəbrayıllı məcburi köçkünlər üçün salınmış 7 saylı qəsəbə klubunda bayram tədbiri keçirilmişdir. 
    Tədbiri giriş sözü ilə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısının müavini Fəridə İbayeva  açmış və əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Gənclər gününün təsis edilməsindən, gənclərə göstərilən dövlət qayğısından, ölkə        Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilən gənclər siyasətinin mahiyyəti, gənclərin vətənpərvərlik tərbiyəsinə, təhsilinə və sağlamlığına göstərilən diqqətdən danışmışdır. Mövzu ətrafında rayon Gənclər və İdman idarəsinin rəisi Emil Məstəliyev, rayon Təhsil şöbəsinin müdiri Zamiq Qurbanov çıxış etmişlər.
      Tədbirdə rayon Gənclər və İdman idarəsi il ərzində keçirilmiş tədbir və idman yarışlarında fəal iştirak etmiş gəncləri Fəxri Fərmanlarla təltif etmişdir.
      Bayram tədbiri Biləsuvar Regional Mədəniyyət İdarəsinin Cəbrayıl rayon nümayəndəliyinin hazırladığı musiqi proqramı ilə yekunlaşdırılmışdır.
     Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarında çalışan gənc əməkdaşlar, ziyalılar, məktəbli gənclər, idmançılar və gənc nəslin digər nümayəndələri iştirak etmişdir. 
 
 
 
 
 
 
 
Keçidlər