Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Beynəlxalq müəllimlər günü” qeyd edildi

05 oktyabr 2019 | 16:00
     Cəbrayıl rayonunda 05 oktyabr - “Beynəlxalq müəllimlər günü” qeyd edildi.
    Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul işçiləri, Təhsil şöbəsinin rəhbərliyi və əməkdaşları, idarə, müəssisə rəhbərləri və rayon məktəblərinin müəllimləri iştirak edirdilər.
     Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin adını daşıyan parkda  abidəsi önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad etdilər.
      Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı cənab Kamal Həsənov  çıxış edərək tədbir iştirakçılarını salamladı, 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik etdi. 
  Rayon rəhbəri Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün sahələr kimi təhsil sahəsinin də inkişaf etməyə başladığını, Azərbaycanın təhsil sisteminin beynəlxalq sistemə inteqrasiya olunduğunu qeyd etdi. 
     Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsil sahəsində geniş islahatların həyata keçirilməsini, təhsilin inkişafına, təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının və tələbələrin təqaüdlərinin artırılması məhz müəllimlərimizin, təhsil işçilərinin zəhmətinə verilən qiymətin təzahürü olduğunu bildirdi. Ümumtəhsil ocaqlarının müasirləşdirilməsi və yeniləşdirilməsində Heydər Əliyev Fondunun da xidmətlərinin misilsiz olduğunu qeyd etdi. 
      Sonda rayon Təhsil şöbəsinin müdiri Zamiq Qurbanova İcra Hakimiyyəti Başçısının təbrik məktubu təqdim edilib.
 
 
 
 
Keçidlər