Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatı 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə sosial aksiyası həyata keçirib

02 oktyabr 2019 | 16:00
     Yeni Azərbaycan Partiyası hər zaman bu cür sosial aksiyalar reallaşdırılır. Partiyamızın gənc üzvləri də bu aksiyalarda fəal iştirak edirlər. Bu gün reallaşdırılan ahıl insanlara, aztəminatlı ailələrə sosial yardım aksiyası da dövlətimizin və partiyamazın sosial siyasətini özündə ifadə edir. Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi siyasətin əsas qayəsi də ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təşkil olunması üçün istifadə edilsin, o cümlədən də qayğıya ehtiyacı olan bütün insanlar diqqət mərkəzində saxlanılır. Belə tədbirlər dövlətimizin, Prezident İlham Əliyevin siyasətinə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə həyata keçirdiyi layihələrə dəstək xarakteri daşıyır.
    Aksiyada YAP Cəbrayıl rayon təşkilatının gənc üzvləri Cəbrayıl rayonundan məcburi köçkün, ahıl Şirinova Təbərrük və I qrup əlil, yataq xəstəsi Şirinova Samirə  ziyarət edilib və onlara yardım sovqatları hədiyyə edilib.  
   Qeyd edək ki, ziyarət olunan ahıl, qayğıya ehtiyacı olan  insanlar,  belə xeyriyyə aksiyalarının təşkilinin ölkəmizdə aztəminatlı ailələrə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu söyləyib, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
 
 
Keçidlər