Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda bu günədək 137 tondan çox pambıq tədarük edilib

01 oktyabr 2019 | 16:00
     Cəbrayıl rayonunda pambıq yığımı kampaniyası davam edir və qısa vaxtda qəbul məntəqələrinə 137.8 tondan çox məhsul təhvil verilib.
    Cari ildə  rayonda 102.28 hektar sahədə pambıq becərilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunmuş, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılmış, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilmişdir.
     Sentyabr ayının 15-də rayonda pambıq yığımına başlanmış və bu günədək sahələrdən 137.8 ton məhsul yığılaraq tədarük məntəqələrinə təhvil verilmişdir. 
    Rayon pambıqçıları yetişdirdikləri məhsulun vaxtında və itkisiz yığılması üçün əzmlə çalışırlar. Pambıq yığımı həm əl əməyi, həm də kombaynlar vasitəsilə həyata keçirilir. 
    Mövsümün sonunadək rayon üzrə ümumilikdə 300 tondan çox məhsul yığılması nəzərdə tutulmuşdur. 
 
Keçidlər