Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısının rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib

10 avqust 2019 | 16:00

2019-cu il 09 avqust tarixində qrafik üzrə Şirvan şəhərində keçirilən səyyar qəbul-görüşdə çıxış edən Cəbrayıl İcra hakimiyyətinin başçısı Kamal Həsənov  ölkə Prezidenti  cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və rayonda görülən işlərdən ətraflı söhbət açdı, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər  barədə sakinlərə ətraflı məlumat verdi. 

Sonra sakinlər onları narahat edən məsələlərin həlli ilə bağlı rayon İcra hakimiyyətinin başçısına müraciət etdilər. Səyyar qəbul-görüşdə 68 nəfər iştirak etmiş, onlardan 15 nəfər şəxsin müraciətləri dinlənilmişdir. Müraciətlərdən 3-ü mənzil verilməsi, 1-i mənzil təmiri, 2-si maddi yardım göstərilməsi, 3-ü işlə təmin olunma, 1-i övladına əlil arabasının verilməsi, 1-i torpaq məsələsi, 1-i köçkün qəsəbəsində Cəbrayıl rayon məktəbinin açılması,1-i qazdan istifadəyə görə yaranmış borcun silinməsi, 1-i minnətdarlıq, 1-i isə köçkün vəsiqəsi almaqla bağlı olmuşdur.

Səyyar qəbulda sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq gətirilərək müvafiq izahatlar verilmiş, qaldırılan  məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilmişdir.

Qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 12-ci ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov iştirak edirdi.

\

Keçidlər