Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə ziyalılarımız təltif edilib

11 iyul 2019 | 16:00
     Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin bir sıra şəxslərin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918 - 2018)" yubiley medalı ilə təltif edilməsi haqqında 27 may 2019-cu il tarixli 1205 nömrəli Sərəncamı ilə Cəbrayıl rayon Ağsaqqallar Şurasının sədri Vaqif Əfsər oğlu Məhərrəmov və İsmayıl Quliyev adına Böyük Mərcanlı kənd tam orta məktəbinin direktoru Fəxrəddin Qara oğlu Rəhimov  “yubiley” medalı ilə təltif ediliblər.
      Bu yüksək təltiflə əlaqədar onları təbrik edir,  gələcək işlərində uğurlar arzu edirik.
     Qeyd edək ki, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətləri olan, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.
 
Keçidlər