Şriftin ölçüsü :

Saytın rəngi :

Kompyuter oyunları üzrə gənclər arasında XIII Azərbaycan Milli Çempionatında Cəbrayıl rayonunun komandası 4 yerə layiq görülmüşdür

28 iyun 2019 | 16:00
      7-9 iyun 2019-cu il tarixdə Bkı şəhərində  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Kompyuter Oyunları Milli Assosiasiyasının birgə təşkilatçılığı ilə  “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinə əsasən gənclər arasında Kompyuter Oyunları üzrə XIII Azərbaycan Milli Çempionatının Yuxarı Qarabağ və Kəlbəcər-Laçın rayonları üzrə zona yarışları  keçirilmişdir. 
       Cəbrayıl rayonunun komandası zona yarışlarında  I yerə layiq görülərək final mərhələsinə vəsiqə qazanmışdır. 
      20-22 iyun 2019-cu il tarixdə  Bakı şəhərində keçirilən oyunların  final mərhələsində komandamız 32 komanda  arasında Respublikada  dördüncü yerə layiq görülmüşdür.
 
 
 
Keçidlər