Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda taxıl biçini davam etdirilir

13 iyun 2019 | 16:00
      Bu il Cəbrayıl rayonunda 2980 hektar sahədə taxıl əkini aparılmışdır ki, bundan 2430 hektarı buğda, 550 hektarı isə arpa sahəsidir.
     May ayının sonunda taxıl sahələrində biçinə başlanmış, bu günədək 700 hektar ərazidə taxıl biçini aparılmışdır. Biçini başa çatdırılmış sahələrdən 510 hektarı arpa, 190 hektarı isə buğda sahəsidir. Biçilmiş sahələrdən ümumilikdə 2181 ton taxıl istehsal edilmiş, hər hektara orta məhsuldarlıq 31.15 sentner olmuşdur.
      Rayon üzrə taxıl biçininə 4 kombayn cəlb olunub. Bunlardan 3-i “Aqrolizinq” ASC-nin balansında olan kombaynlar, 1-i isə fiziki şəxsə məxsus olan kombayndır.
 “Aqrolizinq” ASC-nin kombaynları ilə 555 hektar, fiziki şəxslərdə olan kombaynla isə 145 hektar sahə biçilmişdir.
     Hazırda rayonda taxıl biçini davam etdirilir.
 
Keçidlər