Şriftin ölçüsü :

Saytın rəngi :

Hərbi xidmətdən tərxis olunmuş gənclərlə görüş keçirilmişdir

17 aprel 2019 | 16:00

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, respublikamızın şəhər və rayonlarında müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi vəzifəlilərin qarşılanma mərasimləri keçirilir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  yerli idarə, şöbə və bölmələrinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə rayon icra hakimiyyətlərinin, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələri, veteranlar, valideynlər, məktəblilər və həqiqi hərbi xidmətə çağırış yaşlı gənclər iştirak edirlər.
       Növbəti belə gğrüş aprel ayının 16-da Şuşa və Cəbrayıl rayonlarından olan müddətli həqiqi hərbi xidməti başa vurmuş gənclərlə təşkil olunmuşdur.
Şuşa və Cəbrayıldan olan müddətli həqiqi hərbi xidməti başa vurmuş gənclərlə keçirilən görüşdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev ehtiyata buraxılmış hərbi vəzifəliləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər diləyiblər.
     Xidmətin Şuşa rayon bölməsinin rəisi, polkovnik-leytenant Anar Əliyev və Cəbrayıl rayon bölməsinin rəisi, polkovnik-leytenant Anar Rəhimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində daim güclənən Silahlı Qüvvələrimizin sıralarında xidmət edən hər bir gəncin qürur hissi keçirdiyini diqqətə çatdırıblar. Qeyd edilib ki, son illərdə qazanılan mühüm nailiyyətlər, xüsusilə Aprel zəfəri cəmiyyətdə vətənpərvərlik hisslərinin daha da yüksəlməsinə səbəb olub.
     Digər çıxış edənlər hərbi xidmətin vətəndaşlıq borcu və şərəf olduğunu vurğulayıb, gəncləri təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıblar. Bildiriblər ki, Azərbaycan xalqı ordumuzun gücünə inanır və işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə əmindir.
Sonra ehtiyata buraxılmış hərbi vəzifəlilərə müxtəlif qiymətli hədiyyələr təqdim olunub.
       Tədbirlərdə məktəblilərin və özfəaliyyət kollektivlərinin təqdim etdikləri kompozisiyalar maraqla qarşılanıb.

 

 

 

 

Keçidlər