Şriftin ölçüsü :

Saytın rəngi :

Israildən olan nümayəndə heyyəti Cocuq Mərcanlıya səfər edib

15 aprel 2019 | 16:00
     Aprel ayının 14-də İsraildə fəaliyyət göstərən “İnternational Society Projekts” adlı QHT-nin rəhbəri, “The Jerusalem Post” qəzetinin yazarlarından ibarət nümayəndə heyyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər etmişdir. 
    Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Cocuq Mərcanlı kənd İcra nümayəndəliyinin inzibati binasında nümayəndə heyyətini qəbul edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları əsasında kənddə aparılan bərpa-quruculuq işləri və bərpadan sonra burada məskunlaşmış sakinlərin sosial vəziyyətinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumatlandırmış, onları maraqlandıran sullara ətraflı izahat vermişdir.
    Qonaqlar Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinə gələrək kəndin bərpadan əvvəlki və hazırki vəziyyətini əks etdirən stendlərə  baxmış, sonra isə kəndi və yeni salınmış “Qayıdış” parkını gəzərək aparılan bərpa quruculuq işləri ilə tanış olmuş, sakinlərlə səmimi söhbət etmişlər.
 
 
 
 
Keçidlər