Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda əhalinin icbari tibbi müayinəsi aparılır

12 aprel 2019 | 16:00
       Azərbaycan Respublikasının  Prezidenti  cənab İlham Əliyevin tapşırığına uyğun olaraq bu il fevralın 11-dən respublikamızın bütün bölgələrində olduğu kimi Cəbrayıl rayonunda da əhalinin tibbi müayinələrdəndən keçirilməsinə başlanılmışdır. 
      Rayonumuzda bu aksiya mütəşəkkil qaydada təşkil olunmuş, aksiya çərçivəsində rayon üzrə 18 yaşdan yuxarı olan 58754 nəfər sakinin müayinədən keçirilməsi nəzərdə tutulmuşdur.
     Cari ilin favral ayının 11- dən may ayının 1-ə dək həyata keçiriləcək müayinələrin təşkili və koordinasiya olunması məqsədi ilə rayon qərargahı yaradılmışdır. Qərargah tərəfindən rayonda fəaliyyət göstərən idarə və müəssisələrdə çalışan işçilərin və xidməti ərazimiz olan Biləsuvar rayonu ərazisinki qəsəbələrdə məskunlaşmış əhalinin qrafik üzrə ümumi profilaktik tibbi müayinəyə cəlb olunması təşkil edilmişdir. Eyni zamanda respublikanın müxtəlif bölgələrində məskunlaşmış Cəbrayıl rayon sakinlərinin məskunlaşdıqları rayonlarda fəaliyyət göstərən tibb müəssisələrində müayinələrə cəlb edilməsi rayon qərəgahı tərəfindən diqqət mərkəzində saxlanılır.
       Bu günədək tibbi müayinədən keçirilmiş 43509 nəfər rayon əhalisinin 42914 nəfəri sağlam hesab edilmiş, 398 nəfəri ambulator, 141 nəfəri stasionar müalicəyə cəlb edilmiş, 56 nəfər müayinə və müalicə üçün Bakı şəhərində fəaliyyət göstərən müxtəlif tibb mərkəzlərinə  göndərilmişdir.
       Hazırda əhalinin tibbi müayinədən keçirilməsi davam etdirilir.
 
 
 
 
 
Keçidlər