Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel şəhidinin anım günü ilə əlaqədar tədbir keçirilmişdir

04 aprel 2019 | 16:00
     2016-cı ilin Aprel döyüşləri zamanı şəhid olan həmyerlimiz Qəhrəmanov Ruhin Əşrəf oğlunun şəhid olmasının ildönümü ilə  əlaqədar anım mərasimi keçirilmişdir.
     Mərasimdə Cəbrayıl və Xocavənd Rayon İcra Hakimiyyətlərinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinin,   İcra hakimiyyəti aparatının məsul işçiləri, idarə, müəssisə rəhbərləri, Qarabağ müharibəsi veteranları, şəhidin döyüş yoldaşları, rayon ictimaiyyətinin  nümayəndələri iştirak edirdi.
     Cəbrayıl rayon İcra hakimiyyətinin başçısı şəhidin məzarı önündə çıxış edərək Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbiçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən danışdı.
    Natiq çıxışı zamanı Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə döyüşə hər an hazır olan silahlı qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünü təmin edəcəyi günün çox da uzaqda olmadığını, qəhrəmanlarımızın qanının yerdə qalmayacağını bildirdi.
  Xocavənd rayon İcra hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək aprel döyüşlərindəki qələbənin Azərbaycan xalqının mübarizliyinin, Milli Ordumuzun gücünün təntənəsi olduğunu qeyd etdi, bu qələbənin xalqımızın ölkə başçısının ətrafında sıx birləşdiyini, ordumuzun Ali Baş Komandanın əmri ilə işğal olunmuş torpaqların azad olunmasına tam hazır olduğunu subut etdiyini bildirdi.
    Digər  çıxış edənlər şəhidlərin göstərdiyi qəhrəmanlıqlardan, xalq və ordu birliyindən danışdılarlar. 
Şəhidin atası Əşrəf Qəhrəmanov çıxış edərək şəhidlərə və şəhid ailələrinə gösrərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə  ailəsi adından öz dərin minnətdarlığını bildirdi.
 
 
 
 
 
Keçidlər