Şriftin ölçüsü :

Saytın rəngi :

Nazir Əbülfəs Qarayev Cocuq Mərcanlıda vətəndaşlarla

12 mart 2019 | 16:00
     Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin müvafiq tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda əhalinin qəbulu keçirilir. Mədəniyyət naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü martın 11-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd klubunda reallaşıb.
     Qəbuldan əvvəl nazir Əbülfəs Qarayev, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 2016-cı il Aprel döyüşləri şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Abidənin önünə tər çiçək dəstələri düzülüb.
   Sonra nazir Cocuq Mərcanlı məscidini ziyarət etmiş, “Qayıdış” parkında yaradılan şəraitlə tanış olmuş və kənd klubunda yerləşən Cocuq Mərcanlı kənd kitabxanasının fəaliyyəti ilə bağlı tapşırıq və tövsiyələrini vermişdir.
    Əbülfəs Qarayev N saylı hərbi hissənin zabit və sıravi heyəti ilə görüşmüş, onların vətənin müdafiəsində,  işğal altında olan torpaqların azad edilməsində mühüm rol oynadıqlarını və göstərdikləri sücaətləri xüsusi qeyd etmişdir.
     Qəbulda Beyləqan, Cəbrayıl, İmişli, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.
   Vətəndaşlar tərəfindən edilən müraciətlərin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.
\
 
 
 
 
Keçidlər