Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda məskunlaşmış Cəbrayıllı məcburi köçkünlərlə səyyar qəbul-görüş keçirildi

26 noyabr 2018 | 16:00
   Cəbrayıl rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənovun Kürdəmir rayonunda məskunlaşmış Cəbrayıllı məcburi köçkünlərlə səyyar qəbul-görüşü keçirilib.
  Səyyar qəbulda çıxış edən İcra hakimiyyətinin başçısı Kamal Həsənov rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Keçirilən bu cür səyyar qəbul-görüşlərin respublikanın müxtəlif bölgələrində məskunlaşmış sakinlərimizin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını bildirib.
   Görüşdə rayon sakinləri Qədir Sevdimalıyev, Nubar Fərzəliyeva, Oruc Feyzullayev və digərləri çıxış edərək onları narahat edən məsələlərlə bağlı köməklik göstərilməsini xahiş etdilər.
   Sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq gətirildi, müvafiq izahatlar verildi və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə tapşırıqlar verilərək, onların həlli nəzarətə götürüldü.
 
 
 
Keçidlər