Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Ruhin Qəhrımanovun doğum günüdür

10 oktyabr 2018 | 16:00
   Bu gün aprel şəhidi Ruhin Əşrəf oğlu Qəhrəmanovun doğum günüdür. Bu münasibətlə rayon İcra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət ediblər.
   Əslən Cəbrayıl rayonundan olan şəhid kəşfiyyatçı 10 oktyabr 1994-cü ildə Biləsuvar rayonunun ərazisində  yerləşən 2 saylı çadır şəhərciyində dünyaya gəlib.   2012-ci ildə Cəbrayıl rayon Ramiz Xudiyev adına Minbaşılı kənd tam orta məktəbinin 11-ci sinfini bitirib, həqiqi hərbi xidmətə yollanıb. Xidmətini başa vurduqdan sonra könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ordu sıralarında qulluq edib. 
   Ruhin Qəhrəmanov 2016-cı ilin aprel ayının 2- də Lələ Təpə yüksəkliyinin düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub  və ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
   Allah rəhmət eləsin.
 
Keçidlər