Şriftin ölçüsü :

Saytın rəngi :

Cocuq Mərcanlıda "Azərbaycan Rusiyanın Qafqazda yeganə müttəfiqidir" adlı konfrans keçirildi

02 iyul 2018 | 16:00

01 iyul 2018-ci il tarixdə Beynəlxalq Avrasiya Hərəkatının, Qarabağın Azərbaycan İcmasının, Azərbaycanın rus İcmasının və Rusiyanın Ekspertlər klubunun  təşkilatçılığı ilə Cəbrayıl rayonunun erməni işğalından azad edilmiş Cocuq Mərcanlı kəndinə "Azərbaycan Rusiyanın Qafqazda yeganə müttəfiqidir" adlı konfrans keçirilmişdir.

Konfransda Azərbaycan Respublikası Milli Məclisinin deputatları Azərbaycan-Rusiya Parlamentlərarası işçi qrupunun rəhbəri Əli Hüseynli, Azərbaycanda rus icmasının sədri Mixail Zabelin,  Fazil Mustafa, Elman Məmmədov,Rusiya tərəfdən Dövlət Duması Komitəsinin sədr müavini Dmitri Savelyev, Dövlət Duması spikerinin köməkçisi Vladislav Kalxidov, Dövlət Dumasının "Vahid Rusiya" partiyasından olan deputatı Aleksey Yezubov, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin, eləcə də ictimai xadim Maksim Şevçenko və başqaları iştirak edir.

Tədbir iştirakçıları Azərbaycan və Rusiya əməkdaşlığının inkişaf perspektivləri üzrə fikir mübadiləsi apardılar. Çıxış edənlər Rusiyanın bölgədə sülhün olmasında maraqlı olduğunu, işğal altındakı rayonların Azərbaycana qaytarılması vacibdirliyini bildirdilər. Qeyd edildi  ki, Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıq, ölkələr arası qardaşlıq xətti üzrə inkişaf edir və bu tədbirlər də onun nümunəsidir.

 

 

Keçidlər