Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıllı kümçülər barama tədarükünə başlayıb

06 iyun 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların  mövcud iqtisadi potensialından səmərəli istifadə edilməsi, ixracyönümlü məhsullarının istehsalı ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə Cəbrayıl rayonunda məqsədyönlü tədbirlər  həyata keçirilir. Rayonda kənd təsərrüfatının müxtəlif sahələrinin, o cümlədən baramaçılığın inkişafı istiqamətində tədbirlər görülmüş, ipəkqurdunun yem bazasının yaradılması məqsədi ilə tut bağları salınmışdır.

  Bu il Qax Damazlıq Baramaçılıq Stansiyasından gətirilmiş 500 qram ipəkqurdu toxumu Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə məskunlaşmış Cəbrayıl rayonundan olan 33 kümçü arasında paylanılmışdır.

Şəxsi təsərrüfatlarında ipəkqurdu yetişdirən kəndlilər artıq barama tədarükünə başlayıblar. Məhsulu kümçülərdən Şəki İpək ASC-nin nümayəndələri qəbul edir. Bu günədək Cəbrayıllı kümçülər ümumilikdə 530 kiloqram barama tədarük edərək təhfil veriblər. Ümumilikdə rayon üzrə cari ilin məhsulu üçün 1000 kiloqramdan çox barama tədarük olunması nəzərdə tutulmuşdur.

Keçidlər