Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “5 iyun - Meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı günü” qeyd edildi

05 iyun 2018 | 16:00

05 iyun 2018-ci il tarixdə  Cəbrayıl rayonunda  “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı  qeyd olundu.

Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov, rayon Suvarma sistemləri və SuKanal idarələrinin əməkdaşları, idarə və müəssisələrin rəhbərləri  iştirak edirdi.

İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə tər çiçəklər qoydular.

Rayonun Su təsərrüfatı idarələrinin kollektivi ilə görüşən Cəbrayıl  Rayon İcra Hakimiyyətinin Başçısı “5 iyun - Meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı günü”  münasibəti ilə onları təbrik edərək, çətin və şərəfli işlərində uğurlar arzuladı.

Keçidlər