Şriftin ölçüsü :

Saytın rəngi :

Vergilər nazirliyinin nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib

30 may 2018 | 16:00

Səfər zamanı nümayəndə heyyətinin üzvləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş Cocuq Mərcanlıda aparılan tikinti-quruculuq işləri ilə tanış olmuş, Şuşa məscidinin bənzəri olan kənd məscidini ziyarət etmişlər.

Şəhid Novruz Aslanov adına kənd tam orta məktəbində təşkil olunan tədbiri giriş sözü ilə açan Cəbrayıl rayon İcra haimiyyətinin başçısı Kamal Həsənov qonaqları salamlayaraq kəndin bərpası ilə bağlı görülmüş işlər barədə ətraflı məlumat verdi, Ölkə Prezidenti cənab  İlham Əliyevin tapşırığı əsasında Cocuq Mərcanlıda qısa müddətdə müasir, bütün infrastruktura malik qəsəbə salındığını qeyd etdi.

Tədbirdə çıxış edən Vergilər Nazirinin departament rəhbəri Ələkbər Məmmədov respublikamızda həyata keçirilən vergi siyasəti, vergilərin tarixi, əhəmiyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verdi.

"Vergilər" qəzetinin baş redaktoru Anar Əliyev  çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, fəaliyyət göstərdiyi 23 ay ərzində görülmüş işlər barədə məlumat verdi, AXC-nin yalnız Azərbaycanın deyil, türk dünyasının, müsəlman aləminin və bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biri olduğunu vurğuladı.

Bu günün gəncləri gələcəyin vergi ödəyiciləridir, məktəb şagirdlərinin vergilər sahəsində maarifləndirilməsini təmin etmək məqsədi ilə gələcəkdə Vergilər nazirliyi ilə Cocuq Mərcanlı kənd tam orta məktəbi arasında əməkdaşlıq nəzərdə tutlmuşdur.

Keçidlər