Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhadət” sənədli filmi nümayiş etdirilib

23 may 2018 | 16:00

Mayın 23-də Biləsuvar rayonu 4 saylı qəsəbə klubunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş olunub.

Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun din xadimləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Cəbrayıl RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Mayil Əliyev çıxış edərək gənclərin maarifləndirilməsi, onların sağlam, savadlı, milli və dini dəyərlərimizə sadiq, vətənpərvər ruhda tərbiyə olunması istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, Vətənin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimiz hər bir gənc üçün nümunə olmalıdır. O, şəhidlərimizin ölməz xatirəsinə həsr olunmuş “Şəhadət” filminin gənclərə yad, zərərli düşüncələrdən uzaq, vətənpərvər olmaq yolunda bələdçi olacağını bildirib.

Cocuq Mərcanlı kənd məscidinin axundu Elman Piriyev,  din xadimlərindən Yusif İsmayılov, Təbriz Bayramov və İ.Tahirov adına Mehdili kənd tam orta məktəbin direktor müavini, şair Hidayət Səfərli film haqqında məlumat verərək bildiriblər ki, burada aldadılaraq, yad, zərərli dini düşüncələrin təsiri ilə ölkədən kənarda qanunsuz silahlı birləşmələrə, terror təşkilatlarına qoşulan şəxslərin faciəli həyatı və torpaqlarımızın işğaldan azad edilməsi üçün aparılan mübarizdə şəhid olan qəhrəmanlarımızın şərəfli döyüş yolundan bəhs edilir. Filmin nümayişində əsas məqsədin gəncləri dini radikalizm və onun fəsadları barədə məlumatlandırmaq, eləcə də onlara vətənpərvərlik hissinin aşılanması olduğunu bildiriblər.

Sonda “Şəhadət” sənədli filmi nümayiş olunub və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb

Keçidlər