Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd Təsərrüfatı Naziri İnam Kərimov Cocuq Mərcanlıya səfər edib

07 may 2018 | 16:00

Kənd təsərrüfatı naziri İnam Kərimov may ayının 5-də Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edib.

Səfər zamanı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri İnam Kərimov və Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov əvvəlcə “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzdülər.

Cocuq Mərcanlı kəndində İnam Kərimov  sakinlərlə görüşərək, onların qayğı və problemləri ilə maraqlanıb, arzu və təkliflərini dinləyib. Nazir bildirib ki, Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq nazirliyin rəsmiləri, mütəxəssislər fermerlərlə, kənd əməkçiləri ilə görüşlər keçirirlər.

“Prezident İlham Əliyevin tapşırığı əsasında Cocuq Mərcanlıda qısa müddətdə müasir, bütün infrastruktura malik qəsəbə salındığını qeyd edən nazir, kənddə inkişafın əsas tərkib hissəsindən birinin də burada aqrar fəaliyyətin genişlənməsi, sakinlərin məşğulluğunun təmin edilməsi olduğunu vurğuladı. Bugünkü görüşün məqsədinin də Cocuq Mərcanlı sakinlərinin aqrar sahədə mövcud problemləri, qayğıları ilə maraqlanmaq, onlara bu sahədə dəstək göstərmək olduğunu bildirdi.

Daha sonra nazir İnam Kərimov Cocuq Mərcanlı kəndində 25 ildən sonra ilk dəfə olaraq qarğıdalı səpinində iştirak etdi.

Nazir Cocuq Mərcanlıda sakinlər üçün ayrılan pay torpağının əkilməsi, becərilməsi və məhsul yığımı zamanı istifadə olunan bütün texnikaların, həmçinin gübrə və toxumların Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əvəzsiz olaraq təmin ediləcəyini bildirdi.

Keçidlər