Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Cəbrayıl məktəbliləri növbəti ekskursiyaya yola düşdülər

27 mart 2018 | 16:00

26 mart  2018-ci il tarixdə Cəbrayıl rayonunun ümumtəhsil məktəblərində təhsil alan  20 nəfər şagird  “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində  Quba-Qusar-Xaçmaz rayonlarına ekskursiyaya  yola salındılar.

 İştirakçılar əvvəlcə Ulu Öndər  Heydər Əliyevin   abidəsi önünə gül dəstələri düzmüş, ruhunu ehtiramla yad etmişlər.

Yola salınma mərasimində Cəbrayıl rayon icra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Tapdıq Nəsirov,  İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri  və valideynlər iştirak edirdi.

Mərasimdə  çıxış edən  Cəbrayıl rayon icra Hakimiyyəti başçısının Humanitar məsələlər üzrə müavini Fəridə İbayeva maarifləndirici tur-aksiyanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədi ilə həyata keçirildiyini qeyd etdi.

F.İbayeva  səfər  çərçivəsində şagirdlərə tanış olacaqları şəhər və rayonlarımızın tarixini, mədəniyyətini, adət-ənənələrini  dərindən öyrənmələrini tövsiyyə etdi və  xoş istirahətlər arzuladı.

 Tur aksiya çərçivəsində şagirdlər  bu rayonların tarixi və görməli yerləri ilə tanış olacaq, bir çox tarixi və mədəniyyət obyektlərinə  ekskursiya edəcəklər.

 

Keçidlər