Şriftin ölçüsü :

Saytın rəngi :

Ədliyyə Naziri Cocuq Mərcanlıda vətəndaşları qəbul edib

24 fevral 2018 | 16:00

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fevralın 23-də Ədliyyə Naziri Fikrət Məmmədov Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində Cəbrayıl, Füzuli və Beyləqan rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Cocuq Mərcanlı kəndinə səfər çərçivəsində Ədliyyə Naziri və Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər.

Eyni zamanda, işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində dövlət başçısının tapşırıqlarına uyğun olaraq qısa müddətdə görülmüş geniş quruculuq işləri, həmçinin yeni tikilmiş məscid və məktəb binası ilə tanışlıq olub, təhsil ocağında Ulu Öndər Heydər Əliyevin büstü önünə tər çiçəklər qoyulub, Ədliyyə Nazirliyi tərəfindən məktəb üçün kompüter dəsti hədiyyə edilib.

Sakinlər kənd azad edildikdən sonra Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə Cocuq Mərcanlı kəndinin yenidən qurulduğunu, insanların təhlükəsiz yaşayışının təmin edildiyini bildirib, ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər