Şriftin ölçüsü :

Saytın rəngi :

"Cocuq Mərcanlıdan Xocalıyadək!" devizi altında tədbir keçirildi

18 fevral 2018 | 16:00

17 fevral 2018-ci il tarixdə “Xocalı faciəsi”nin 26-cı ildönümü ilə əlaqədar Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində "Cocuq Mərcanlıdan Xocalıyadək!" devizi altında tədbir keçirildi.

 Tədbir iştirakçıları öncə 2016-cı ilin aprel şəhidlərinin xatirəsinə həsr edilən abidə kompleksini ziyarət etdilər.  Daha sonra tədbir Cocuq Mərcanlı kənd Mədəniyyət Evində davam etdirildi. Tədbir  "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyi və Cəbrayıl rayon Tatar kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə hazırlanmışdır.

Tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olmuş soydaşlarımızın xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər. Sonra Cəbrayıl rayon Tatar kənd tam orta məktəbinin şagirdlərinin hazırladığı “Xocalı qisasa çağırır bizi!”  adlı ədəbi-bədii kompozisiya nümayiş edildi.

Tədbirdə çıxış edən Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının müavini Fəridə İbayeva  tədbirin təşkil olunmasına görə “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinə və Tatar kənd tam orta məktəbinə öz təşəkkürünü bildirdi.

Tədbir Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqda hazırlanmış və “Karvan”qrupunun ifasında lentə alınan klipin səsləndirilməsilə başa çatdı.

 

 

Keçidlər