Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir

20 yanvar 2018 | 16:00

20 yanvar faciəsinin iyirmi səkizinci ildönümünün keçirilməsi ilə bağlı Cəbrayıl rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq rayon əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrində,  idarə və müəssisələrdə bir sıra tədbirlər həyata keçirilmişdir.

Tədbirlər planına uyğun olaraq rayonda fəaliyyət göstərən təhsil və mədəniyyət müəssisələrində anım tədbirləri təşkil edilmiş, 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi tamaşalar nümayiş etdirilmiş, məktəblilər arasında rəsm müsabiqələri, bütün ümumtəhsil məktəblərində "20 Yanvar" faciəsinə həsr olunmuş xüsusi dərslər keçirilmişdir. Rayon ictimaiyyətinin nümayəndələri və məktəblilər “Şəhidlər Xiyabanı”nı ziyarət etmişlər.

19 yanvar 2017-ci il tarixdə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kənd məktəbində rayon rəhbərliyinin iştirakı ilə anım tədbiri keçirilmişdir.

Anım tədbirlərinin yekunu  olaraq 20 yanvar 2018-ci il tarixdə Biləsuvar rayonu 4 saylı qəsəbə ərazisində salınmış “Şəhidlər” Abidə Kompleksində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar rayon ictimaiyyətinin nümayəndələrinin, idarə və müəssisələrin kollektivlərinin, rayon məktəblərinin müəllim və şagird kollektivlərinin iştirakı ilə ümumrayon anım tədbiri keçirilmişdir.

Tədbirin iştirakçıları "Şəhidlər” Abidə Kompleksində 1990-cı ilin 20 yanvarında sovet imperiyasının işğalçı niyyətinə qarşı mübarizədə şəhid olmuş həmyerlimiz Səxavət Quliyevin, həmçinin torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Şəhidlərin abidələri önünə gül-çiçək dəstələri qoyaraq, ruhları ehtiramla yad etmişlər.

 

Keçidlər