Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Cocuq Mərcanlıda humanitar aksiya keçirib

08 yanvar 2018 | 16:00

Yanvar ayının  6-da akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində humanitar aksiya keçirib.

Tədbirdə çıxış edən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-təşkilat bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Səyyar Klinikanın Azərbaycanın rayon və şəhərlərində həyata keçirdiyi tibbi aksiyalar haqqında məlumat verdi. Növbəti aksiya Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndində keçirildiyini qeyd etdi.

Prezident İlham Əliyevi işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamı xüsusi əhəmiyyətə malikdir və bu işdə hər kəsin öz üzərinə düşən işi yerinə yetirməsi vacibdir. Bu məqsədlə Mərkəzin əməkdaşları  və yüksək texnologiyalarla təchiz olunmuş Səyyar Klinika buraya gələrək yerli əhaliyə oftalmoloji-tibbi xidmət göstərmək niyyətindədir. Məqsəd pasiyentlərin səhhəti ilə bağlı problemlərin həll olunmasına kömək göstərməkdir. Bununla yanaşı tibb işçiləri pasiyentlərin göz xəstəlikləri ilə bağlı monitorinqlər apararaq əldə edilən nəticələri müzakirə edib yerindəcə həllinə çalışacaqlar”.

Cocuq Mərcanlı kəndində keçirilən aksiya zamanı 120-dən çox vətəndaş Milli Oftalmologiya Mərkəzinin həkimləri tərəfindən müayinə olundu.

Keçidlər