Şriftin ölçüsü :

Saytın rəngi :

Fəal könüllülərimiz

Camalzadə Eltun Rövşən oğlu 15 yanvar 1996 -cı ildə Cəbrayıl rayonunun Daş Veysəlli kəndində anadan olmuşdur. 2002-ci ildə Ramiz Xudiyev adına Minbaşlı kənd tam orta məktəbində birinci sinifə getmiş, 2013-cü ildə həmin məktəbin XI sinifini bitirmişdir. 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin İdarə edilməsi ixtisasına daxil olmuşdur. 2017-ci ildə bakalavr pilləsini bitirmişdir.

 

 

 

Alışov Elmin Yaşasın Oğlu 4 dekabr 1995- ci ildə Saatlı rayonu 1№-li Çadır şəhərciyində anadan olmuşdur. 2002-ci ildə Cəbrayıl rayon Çərəkən kənd tam orta məktəbində birinci sinfə getmiş, 2013-cü ildə Cəbrayıl rayon İsgəndər Tahirov adına Mehdili kənd tam orta məktəbində XI sinifi bitirmişdir. 2015-ci ildə Azərbaycan Texnologiya Universitetinin marketinq ixtisasına daxil olmuşdur. 2019-cu ildə bakalavr pilləsini bitirmişdir.

 

 

 

Vəliyev Qorxmaz Fəxrəddin oğlu 6 noyabr 1994-cü ildə İmişli rayon 1 saylı Çadır şəhərciyində anadan olmuşdur. 2001-ci ildə Cəbrayıl rayon 8 saylı tam orta məktəbində birinci sinfə getmiş, 2012-ci ildə həmin məktəbin XI sinifi bitirmişdir. 2015-ci ildə Sumqayıt Dövlət Universitetinin menecment ixtisasına daxil olmuşdur. 2019-cu ildə bakalavr pilləsini bitirmişdir.

 

 

 

Şahverdiyev Arif İlham oğlu 3 iyul 1992-ci ildə Cəbrayıl rayon Çaxırlı kəndində anadan olmuşdur. 1999-cu ildə Beyləqan rayonu Binnətli kənd orta məktəbində birinci sinifə getmişdir. 2010-cu ildə Cəbrayıl rayon Kazım Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbində XI sinifi bitirmişdir. 2010-cu ildə Qafqaz Universitetinin Dünya İqtisadiyyatı ixtisasına daxil olmuşdur. 2017-ci ildə bakalavr pilləsini bitirmişdir.

 

 

 

 

 

Keçidlər