Şriftin ölçüsü :

Saytın rəngi :

Fəaliyyət

 

Təhsil şöbəsində görülən işlər haqqında məlumat

2017/2018-ci dərs ilində rayon üzrə 41 ümumi təhsil məktəbi,o cümlədən 39 tam orta, 2 ümumi orta və bununla yanaşı 1 Şahmat Uşaq Gənclər İdman məktəbi fəaliyyət göstərəcəkdir.Bu təhsil müəssisələrində hazırlıq qrupu və  I-XI siniflərdə ümumilikdə 9290 nəfərədək şagird təhsil alacaqdır.Bu tədris ili ilkin proqnoza əsasən rayonun ümumtəhsil məktəblərinin I sinfinə 1050 nəfərədək  uşaq  qəbul ediləcəkdir.

   Dərs ili ərzində rayonun ümumi təhsil məktəblərinə 265 nəfər şagird qəbul edilmiş, 320 nəfər şagird isə məktəblərdən getmişdir.

  2016/2017-ci dərs ilində rayon üzrə 6 nəfər sinifdə saxlanılıb, onlardan 2 nəfər səhhəti ilə əlaqədar proqramı mənimsəmədiyinə görə, 4 nəfərinin isə biliyi qiymətləndirilmədiyinə görə sinifdə saxlanılmışdır. 8628 nəfər şagird isə sinifdən-sinifə keçirilmişdir.

     Ümumi təhsil məktəblərinin XI siniflərini bitirən 635  nəfər şagirddən 622  nəfəri tam orta təhsil haqqında attestat almış,13 nəfər isə müxtəlif səbəblərdən tam orta təhsili başa vura bilməmişdir.

     Azərbaycan Respublikası Təhsil Nazirinin 08 iyun 2017-ci il tarixli 129 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası”nın bəndlərinin  tələblərinə uyğun  olaraq  rayonumuzun ümumtəhsil məktəblərini bitirən 9 və 11-ci sinif şagirdlərinə fərqlənmə sənədləri verilmişdir.

     Dovlət İmtahan Mərkəzinin 2016/2017-ci tədris ilində buraxılış imtahanlarının yekunlarına görə rayonun ümumi təhsil müəssisələrinin

IX siniflərini bitirən 765 nəfər şagirddən 754 nəfəri ümumi orta təhsil haqqında attestat almışdır.

     Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq 2017-2018-ci tədris ilində 5 yaşlı uşaqların məktəbəhazırlıq qruplarda dərs aparacaq  39  nəfər müəllim bu sahə üzrə təlim kursuna cəlb olunmuşlar və göstərdikləri nəticəyə uyğun olaraq müvafiq sertifikatlar almışlar.

      Ötən dərs ilində 9342 nəfər şagirdlərin təlim-tərbiyəsi ilə 1075 müəllim məşğul olmuşdur. Onlardan 743 nəfəri ali təhsilli, 332 nəfəri orta ixtisas təhsillidir.

    Azərbaycan Respublikası Prezidentinin Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi  aparılan  müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında “ 16 yanvar 2015- ci il tarixli Sərəncamına əsasən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə aylıq vəzifə maaşı 2 dəfə artırılmışdır.

 Aprel-may aylarında keçirilən növbəti bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanlarında rayonun ümumtəhsil məktəblərində çalışan müəllimlər iştirak etmişdir. Avqust ayı ərzində  məktəblərin inzibati heyəti, ikinci ixtisası olan və müxtəlif səbəblərdən imtahanlarda iştirak etməyən müəllimlər diaqnostik qiymətləndirmədə iştirak etmişdilər.

     İmtahanlarda 1118 nəfər iştirak etmişdir. Onlardan  Cəbrayıl rayonu 8 saylı tam orta məktəbin  riyaziyyat  müəllimi  Mahmud Musayev və Əsgər Veysəlov adına Sirik kənd tam orta məktəbinin ingilis dili müəllimi İntiqam Rəhimli diaqnostik qiymətləndirilmədə bütün suallara düzgün cavab yazaraq, maksimum nəticə göstəriblər. Onlar 60 bal toplamaqla respublika üzrə rekord nəticə göstərən bir neçə müəllimin sırasına daxil olublar.

   190 nəfər  51-60, 281 nəfər 41-50, 292 nəfər 31-40  ,254 nəfər 21-30, 92 nəfər 11-20 bal arası nəticə göstərmişdilər.

Bu tədris ili üçün rayon üzrə verilmiş 46 vakansiya yerə birinci mərhələdə 16 nəfər müəllim göndərilmişdir. Nəzərdə tutulan məktəblərdə 34 vakant yerlər yenə də boş qalmışdır.

    Təhsilin inkişafında xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsində yüksək nəaliyyətlər əldə etdiyinə və 5 oktyabr “Beynəlxalq Müəllimlər günü” münasibətilə ölkə Prezidentinin Sərəncamı ilə Əşrəf Hüseynov adına Əmirvarlı kənd tam orta məktəbin ibtidai sinif müəllimi Bayramova Zöhrəbanu Bayram qızı “Əməkdar müəllim” fəxri adı, təhsil nazirinin müvafiq əmri ilə isə Quycaq kənd tam orta məktəbin coğrafiya müəllimi Süleymanova Tahirə Mehrac qızı fəxri-fərmanla  ilə təltif  olunmuşlar.

         Tədris ilinin yekununa görə 2017-ci ildə attestat almış 622 nəfər məzundan 378 nəfər, əvvəlki illərdə bitirənlərdən isə 40 nəfər olmaqla cəmi 418 nəfər ali məktəblərə  sənəd vermişlər. Qəbul imtahanların nəticələrinə görə bu ilki məzunlardan 288  nəfər, əvvəlki illərdə bitirmiş məzunlardan isə 21 nəfər olmaqla cəmi 309 nəfər respublikanın müxtəlif ali məktəblərinə, 26 nəfər isə orta ixtisas məktəblərinə qəbul olunmuşlar.

   Ali məktəblərə qəbulun təhlil edilərkən məlum olmuşdur ki, məzunlardan 22 nəfəri qəbul imtahanlarında 600-dən yuxarı nəticə göstərərək ali məktəbə qəbul olmuşlar. Məzunların 44 nəfəri Bakı Dövlət Universitetinə, 41 nəfəri Azərbaycan Dövlət Pedaqoji Universitetinə, 26 nəfəri  Azərbaycan Dövlət İqtisad Unversitetinə, 25 nəfəri Sumaqyıt  Dövlət Universitetinə, 14 nəfəri Azərbaycan Texniki Universitetinə, 13 nəfəri Azərbaycan Neft və Sənaye Unversitetinə, 12 nəfəri Azərbaycan Tibb Universitetinə, 12 nəfəri Azərbaycan Dillər Universitetinə,9 nəfəri Bakı Mühəndislik Universitetinə, 9 nəfəri Gəncə Dövlət Universitetinə, 8 nəfəri Azərbaycan  Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına, 4 nəfəri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə, 3 nəfəri Polis Akademiyasına3 nəfəri Azərbaycan Memarlıq və İnşaat Universitetinə, 2 nəfəri Azərbaycan Respublikası Prezidenti Yanında  Dövlət İdarəçilik Akademiyasına, 2 nəfəri Azərbaycan Dövlət Turizm və Menecment Universitetinə və respublikanın digər ali məktəblərinə qəbul olunmuşlar.

              Respublika fənn olimpiadalarının rayon mərhələsində 41 ümumtəhsil məktəbindən 284 şagirdin iştirakı etmiş,58 nəfər yarımfinala vəsiqə  almış və yarımfinaldan isə 5 nəfər şagird  Mehdili kənd tam orta məktəbin 9-cu sinif şagirdləri Əhmədzadə Rüfət Mirzə oğlu, Səmədzadə Elmir Afər oğlu Azərbaycan dili və ədəbiyyatı fənnindən, Daşkəsən kənd tam orta məktəbin 10-cu sinif şagird Şahverdiyev Sirac Mübariz oğlu tarix, Şahverdiyev Məftun Mübariz oğlu Azərbaycan dili və ədəbiyyatı fənnindən və 22 saylı ümumi orta məktəbin 9-cu şagirdi Süleymanov Nazir Nicat oğlu isə coğrafiya fənnindən Respublika turunda iştirak etmək hüququ  qazanmışdır ki, onlar da aprel ayının 21-23 tarixlərində rayonumuzu təmsil edərək bu bilik yarışmasında öz qüvvələrini sınamışdır.    

      Daşkəsən kənd tam orta məktəbin 10-cu sinif şagird Şahverdiyev Sirac Mübariz oğlu ən yüksək nəticə göstərərək “Azərbaycan Respublikası Təhsil Nazirliyinin qızıl medalı“na həmin məktəbin 10-cu sinif şagirdi Şahverdiyev Məftun Mübariz oğlu isə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin gümüş medalı”ına layiq görülmüşlər. 

   

 

Səhiyyə şöbəsinin gördüyü işlər haqqında

Rayonda 1 sahə xəstəxanası, 1 poliklinika, 5 tibb məntəqəsi, 6 feldşer-mama məntəqəsi, 1 Gigiena və Epidemiologiya mərkəzi olmaqla cəmi 14 səhiyyə müəssisəsi əhalimizə səhiyyə xidməti göstərir. Həmin tibb müəssisələrində 147 tibb işçisi çalışır.

 


Dövlət Sosial Müdafiə Fondunun Cəbrayıl rayon şöbəsi

Dövlət Sosial Müdafiə Fondunun Cəbrayıl rayon şöbəsi Biləsuvar rayonu ərazisindəki 10 saylı qəsəbədə fəaliyyət göstərir. Fond qəsəbələrdə məskunlaşmış ümumilikdə 8182 nəfər pensiyaçıya xidmət göstərir ki, onlardan 3344 nəfər yaşa görə, 4537 nəfər əlilliyə görə, 301 nəfəri ailə baçısını itirməyə görə pensiya alanlardır. Bundan başqa cari il ərzində əhaliyə dövlət tərəfindən verilən ayrı-ayrı müavinətlərdən fond vasitəsi ilə 74 nəfərə uşağın anadan olmasına görə birdəfəlik müavinət, 106 nəfərə 3 yaşına çatmayan uşaqlara qulluqla əlaqədar müavinət, 114 nəfər isə dəfn üçün müavinət ödənilmişdir.

 

Mədəniyyət və Turizm şöbəsi

Rayonda 1 mədəniyyət evi, 1 Mərkəzi Kitabxna Sistemi, 18 klub, 25 kitabxana, 1 muzey, 3 uşaq musiqi məktəbi olmaqla cəmi 49 mədəniyyət müəssisəsi əhalimizə mədəni xidmət göstərir. Ümumilikdə bu mədəniyyət müəssisələrində 253 nəfər çalışır.
Şöbə tərəfindən bütün əlamətdar və tarixi günlərlə əlaqədar müxtəlif maraqlı tədbirlər hazırlayıb həyata keçirilir. Belə ki, yeni ilin ilk günlərində Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə fəaliyyət göstərən məktəblərlə birgə musiqili ədəbi tədbirlər, yeni il şənlikləri hazırlanıb həyata keçirilmişdir. 20 Yanvar- Milli hüzün günü ilə əlaqədar kitabxanalarda “Qanlı yanvar” başlıqlı sərgilər keçirilmişdir. B.Mərcanlı Uşaq İncəsənət məktəbində şagird Arzu Xəlilovanın çəkdiyi, 2011 –ci ilin iyun ayında Yaponiyanın Kanaduova şəhərində keçirilən Beynəlxalq sərgidə priz və diploma layiq görülmüş “ Yandırılmış kənd – erməni vəhşiliyi” rəsminin də daxil olduğu “Erməni vəhşiliyi” başlıqlı rəsm sərgisi təşkil olunmuşdur.
Adı çəkilən rəsmi Az. TV kanalının 1 iyun Beynəlxalq uşaqları müdafiə günündə nümayiş etdirilmiş, A.Xəlilova həmin verilişdə iştirak etmişdir.
Gənclər günü ilə əlaqədar fevralın 2 –də rayon mədəniyyət evində gənclərlə görüş keçirmiş, ziyalılar, ağsaqqallar gənclərə tövsiyələr vermişlər.
25- 26 fevral tarixlərində qəsəbə klub və kitabxanaları məktəblərlə birgə “Xalqın qan yaddaşı”, “Xocalını unutma” adlı tədbirlər keçirmişlər. Rayon Mədəniyyət evi 7 saylı qəsəbə klubunda orta məktəblə birgə “Xocalı soyqırımı –20 il” adlı tədbir keçirilmişdir. Rayonun işğalı ilə əlaqədar Şəhidlər xiyabanında keçirilən ümumrayon tədbirində mədəniyyət işçiləri yaxından iştirak etmişlər.
Novruz bayramı münasibəti ilə martın 15 - də 4 saylı qəsəbədə “Qoy bizim novrağımız bahar olsun” adlı meydan tədbiri keçirilmiş, burada 1000 nəfərdən çox rayon əhalisi iştirak etmiş, tədbir AZ.TV və “Lider” kanallarında işıqlandırılmışdır.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının imzaladığı sərəncamlarla doqquz dünya şöhrətli ədəbiyyat xadimlərinin, böyük söz ustadlarının yubiley tədbirlərinə start verilmişdir. Bunlar N.Gəncəvinin 870, M.Ə.Sabirin 150, M.F. Axundzadənin 200, X.Natəvanın 180, Ə.Cavadın 120, H.Cavidin 130, M.S. Ordubadinin 140, M.Dilbazinin 100, X.R.Ulutürkün 80 illik yubileyləridir. Rayon MKS- də də bu yubileylərlə bağlı tədbirlər hazırlanıb həyata keçirilmişdir. Bundan başqa aktyor Mikayıl Mirzəyevin 70, yazıçı Fərman Kərimzadənin 75, yazıçı M.S.Ordubadinin 140 illiyinə həsr olunmuş müxtəlif sərgi, və foto –montajlar hazırlanmışdır.
Ümummilli Lider H.Əliyevin anadan olmasının 89- illiyi, Beynəlxalq ailə günü münasibəti ilə “Mehribanlıq”, 28 may Respublika günü münasibəti ilə “Müstəqil vətənim”, Milli qurtuluş günü ilə əlaqədar “ Azad ölkəm” adlı tədbirlər keçirilmişdir. Bir çox yublyarların Əhməd Cavadın- 120, Mirzə Fətəli Axundovun -200, M.Ə.Sabirin – 150, Həsən Bəy Zərdabinin -170 illi yubileyləri ilə əlaqədar kitab sərgiləri təşkil olunmuşdur.
Beynəlxalq Ailə günü münasibəti ilə keçirilən ümumrespublika bayramında rayonumuzu təmsil edən Məstəliyevlər ailəsi İsmayıllı rayonunda mükafata layiq yer tutmuşlar.
 

Keçidlər