Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomaniya ilə bağlı maarifləndirici tədbir keçirilmişdir

02 dekabr 2021 | 16:00

    02 dekabr 2021-ci il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyəti və Cəbrayıl Rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə Ramiz Xudiyev adına Minbaşılı kənd tam orta məktəbində “Narkotik vasitələrin və psixotrop maddələrin istifadəsinin qarşısının alınması sahəsində mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
   Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, rayon Polis şöbəsi rəisinin köməkçisi polis mayoru Fariz Misirov, İctimai Təhlükəsizlik bölməsinin azyaşlılar üzrə inspektoru polis kapitanı İsa Zamanov, Polis şöbəsinin cinayət axtarış bölməsinin rəisi polis baş leytenantı Elşad Məmmədyarov, rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi Ağabala Əliyev, Mərkəzi Xəstəxanasının həkimi Şamaxı Məmmədova, məktəbin şagird və müəllim kollektivi iştirak etmişlər.
   Tədbirdə çıxış edənlər müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr, yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan, narkotiklə bağlı qəbul olunmuş yeni 2019-2024-ci illəri əhatə edən Dövlət Proqramından  danışaraq, ətraflı  məlumat vermişlər. Natiqlər ölkəmizdə narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması barədə də söhbət açdılar. Gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürdülər, məktəblilərə, müəllimlərə müəyyən tövsiyələr verdilər.
   Sonda tədbir iştirakçılarına psixotrop maddələr, narkotiklər haqqında buklet və  braşuralar paylandı.

 

Keçidlər